Artıq Rabitəbank müştəriləri vəsaitlərini kartdan-karta komissiyasız köçürə biləcəklər!

Unikal.org xəbər verir ki, Rabitəbankın əmək haqqı kartlarından yeni Kartmane kartlarına və yaxud yeni Kartmane kartları arasındakı pul köçürmələrindən artıq heç bir komissiya tutulmayacaq. Bu əməliyyatlar bankın rəqəmsal xidmətləri üçün keçərlidir.

Belə ki, rahat dizayn və özəlliklərə malik olan Rabitabank Mobil tətbiqi, telegram və facebook messencer üzərindən fəaliyyət göstərən RabitəBot və İnternet Bankçılıq xidmətləri üzərindən qeyd olunan kartlar arasındakı pul köçürmələrində komissiya haqqı tutulmayacaq.

Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.