Türkiyə Otelciler Birliyi (TÜROB) Azərbaycandan ölkəyə ildə təxminən 800 min turistin gəldiyini açıqlayıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qurum bunun qısa müddətdə 1,5 milyona çata biləcəyini də açıqlayıb.

TÜROB-ın məlummatına görə, Türkiyə "tək millət, iki dövlət" sloqanı çərçivəsində hərəkət edir: 

"Dost və qardaş ölkə Azərbaycanın turizmdə ən çox üstünlük verdiyi ölkə Türkiyədir. İki ölkə turizmə qarşılıqlı böyük bir potensial vəd edir. Bundan əlavə Azərbaycan turizm bazarı Türkiyənin ən böyük turizm bazarları arasına girməyə başlayıb".