“Mançester Siti”nin keçmiş icraçı direktoru Harri Kuk maraqlı açıqlama verib.

Unikal.org xəbər verir ki, 2008-ci ildə səhvən Lionel Messini transfer etməyə çalışdıqlarını bildirib.

“2018-ci ildə Londonda klubun sahibi ilə telekonfrans edirdik. Danışıqda Paul Aldridge də var idi. Paul klub sahibi ilə birlikdə çalışan Payro Pyemponqsanta nə etməli olduğumuzu soruşdu. Həmin vaxt masaj etdirən Payro isə bizə “Bax ora, ora çox pisdi” (messy, messy very messy, it getting messy) dedi. Biz bunu eşidəndə çaş-baş qaldıq və Messidən bəhs etdiyini düşündük. Nə etməli olduğumuzu fikirləşdik və sonda mən “nə olacaq görək” deyərək Messi üçün 82 milyon avroluq təklif göndərdim” deyə Harri Kuk qeyd edib.

Messi transferini istəsələr bir neçə həftə ərzində bitirə biləcəklərini bildirən sabiq klub rəsmisi Premyer Liqa rəşbərinin reaksiyasından da bəhs edib: “Bir neçə gün sonra həmin vaxt Premyer Liqanın prezidenti olan Dav Riçards mənə zəng edib “Siz dəli olmusuz? Həqiqətən Messiyə 82 milyon avroluq təklif göndərmisiz? “Barselona” rəsmiləri mənə zəng edib, bunun zarafat olub-olmadığını soruşdu. Əgər doğrudusa, bir neçə gün ərzində anlaşma əldə edə biləcəklərini bildirdilər” dedi. 2008-ci ildə 82 milyon avro böyük pul idi. Biz həmin vaxt Robinyonu 37 milyon avroya alıb, klub rekordunu qırmışdıq”