"Mançester Siti" klubunun əl-cəzairli futbolçusu Riyad Mahrez həyat yoldaşı Rita Mahrezin xəyanəti ilə üzləşib.

Unikal.org xəbər verir ki, 26 yaşlı model ərinə peşəkar boksçu Antoni Coşua ilə xəyanət edib.

İddia olunur ki, gecə klublarının birində əylənən Rita Mahrez və Antoni Coşua bir müddət sonra yaxınlaşmağa başlayıb. Həmin gecə klubunda olan şahidlərdən biri boksçunun bir müddət sonra modeli VİP masasına dəvət etdiyini bildirib. Onun iddiasına görə, onlar bir qədər sonra intim hərəkətlər etməyə başlayıb.