Gözəl paytaxtımız Bakı ənənəvi olaraq yenə bayram libasına bürünüb. Qədim şəhər al-əlvan bəzədilib, küçə və meydanlar işıq selinə qərq olub. İnsanlar bayram əhvalındadır.

Unikal.org xəbər verir ki, Bakı 2020-ci ili coşqu ilə qarşılayır. Bakı Media Mərkəzi bu münasibətlə şəhərimizdə fotoçəkilişlər aparıb, xüsusi videoçarx hazırlayıb. Həmin fotoları və videoçarxı təqdim edirik:

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, “Facebook”, “Youtube”, “LinkedIn”, “Instagram” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.