Türkiyə Super Liqasında XVII tura yekun vurulub.

Unikal.org xəbər verir ki, I dövrənin son oyun günündə 4 oyun keçirilib.

Çempionatın lideri “Sivasspor” “Göztəpə” üzərində çətin qələbə qazanıb. Bu, sivaslılara qış fasiləsinə 4 xallıq üstünlüklə yollanmaq imkanı verib.

“Alanyaspor” da ili qələbə ilə yekunlaşdırıb. Onlar “Konyaspor”u yeniblər.

“Yeni Malatyaspor”la “Qaziantep”in duelində komandalar bir xalı bir qolla qazanıblar. “Fənərbaxça” isə səfərdə “Rizəspor”u məğlub edib.

Qeyd edək ki, qış fasiləsinə yanvarın 19-da yekun vurulacaq.