Bu gündən Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən olunub.

Unikal  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunlarda öz əksini tapıb.

Sənəd bu gündən qüvvəyə minib.

Eyni zamanda, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. 

Bununla yanaşı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.