İtaliyanın “Breşiya” klubunun futbolçusu Mario Balotelli xoşagəlməz hadisə ilə üzləşib.

Unikal.org saytının məlumatına görə, qalmaqalları ilə ad çıxaran hücumçu bu dəfə qəzanın iştirakçısı olub.

Futbolçunun da içində olduğu gümüşü “Fiat500Abarth” Şimali Breşiyadakı çörəkxanalardan birinin qapısına girib. Sükan arxasında gecə klubunda bayramı qeyd etməkdən qayıdan futbolçu deyil, onun dostu olub.

Futbolçu və sürücü xəsarət almasa da, avtomobil ciddi əzilib. Nəticədə M.Balotelli hadisə yerindən evinə qədər piyada getməyə məcbur olub.