“Milan”a transfer olunan Zlatan İbrahimoviç İtaliya mətbuatına açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu, 21 nömrəli formanı seçməsinin səbəbini də deyib:

“Uyğun nömrələri uşaqlarıma soruşdum və onlar da 21-i istədilər. Buna görə, bu formanı seçdim.

Uşaqlığımdan bu günə heç dəyişməmişəm. Aclığa və qərarlığa sahibəm. Hazırda hədəfim komandanın vəziyyətini yaxşılaşdırmaqdır. Əlimdən gələni edəcəm.

“Milan”a qayıdışımda Maldini və Bobanın rolu böyükdür. Son 3 həftədə həyat yoldaşımdan çox onlarla görüşdüm. Hər şey müsbət keçdi və indi burdayam”.

İbrahimoviç “Milan”la 6+1 illik sözləşmə imzalayıb.