ABŞ hücumu nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani üçün İraqda təşkil edilən cənazə mərasiminə minlərlə qadında qatılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cənazə mərasimində generalın ölümünə görə minlərlə qadın hönkür-hönkür ağlayıb. 

Qeyd edək ki, “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad aeroportuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.