Xəbər verildiyi kimi Türkiyə Böyük Millət Məclisi yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsinə icazə verən qətnamə qəbul edib. Liviya Milli barışıq hökumətinin xahişi əsasında prezident Ərdoğanın göstərişi ilə hazırlanan qətnamə layihəsinə 325 deputat dəstək verib, 184 deputat qətnamənin əleyhinə çıxıb.

Unikal.org xəbər verir ki, Türkiyənin Liviyaya hərbi qüvvələr göndərməsinə dair müzakirələrdə CHP və İYİ partiyadan olan millət vəkilləri bu qərarın əleyhinə çıxıb.

İYİ partiyadan olan millət vəkili Aytun Çıray müzakirələrdə söz alaraq deyib: “Sayın cümhurbaşqanı “biz dəvət edildiyimiz yerə gedərik” dedi. Bu məntiqlə dəvətə nə gərək var? Qardaş Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Haydı, qalxın, əvvəlcə gedək o torpaqları azad edək". 

Çırayın bu fikri alqışla qarşılanıb.

Sözügedən çıxışı 14:19 saniyədə izləyə bilərsiz.