Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib.

Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.