Avropa Şurası Parlament Assambleyası (AŞPA) seçkiləri müşahidə etmək üçün Azərbaycana 30 müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Unikal.org xəbər verir ki, bu barədə APA-ya AŞPA-dan bildirilib.

Məlumata görə, Assambleya fevral ayında Azərbaycan üzrə iki həmməruzəçi ilə birlikdə AŞPA-dakı bütün beş siyasi qrupu təmsil edən 30 üzvdən ibarət müşahidə heyətini Azərbaycana göndərəcək. Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda səfərdə olacaq.

AŞPA-dan verilən məlumata görə, müşahidəçilərdən ibarət daha kiçik nümayəndə heyəti isə seçkidən əvvəl seçkiqabağı mühiti müşahidə etmək üçün Azərbaycana səfər edəcək.