Bir müddət əvvəl adı “Trabzonspor”la yanaşı çəkilən “Qarabağ”ın futbolçusu Mahir Emreli Türkiyənin daha bir klubunun maraq dairəsindədir. “Fənərbaxça” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.

Xəbərdə, mövsümün əvvəlində iranlı Allahyar Sayyadmaneşi transfer edən İstanbul klubunun növbəti hədəfinin Mahir olduğu bildirilib.

Cari mövsümdə 25 oyunda iştirak edən Mahir, 7 qol, 6 məhsuldar ötürməylə yadda qalıb.