AFFA-nın baş katibi Elxan Məmmədov oyun-alqı satqısı ilə bağlı açıqlama verib. 

Unikal.org xəbər verir ki,  Elxan Məmmədov bildirib ki, hazırda danışılmış oyunlarda şübhəli bilinən şəxslərlə bağlı araşdırmalar aparılır. O, bildirib ki, bu məsələdə adı hallananlar içərisində futbolla məşğul olmayanlar da var:

"Xeyli adam həbs edilib. Təəssüf ki, bu adamların içərisində futbolla məşğul olmayanlar da var. Onlarla hüquq-mühafizə orqanları məşğul olur.

İndiyədək bir neçə nəfəri futboldan kənarlaşdırmışıq. Yenə də mübarizə aparacağıq. Hüquq-mühafizə orqanlarına təşəkkür edirəm ki, onlar hər zaman danışılmış oyunlarla bağlı adları çəkilən şəxslərə qarşı bizimlə sıx əməkdaşlıq edir. Həmçinin, klublar özləri bizə şübhələndiyi futbolçular barədə məlumat verir". 

Elxan Məmmədovun sözlərinə görə, həmin şəxslərin bəziləri məşhur simalardır:

“Biz əvvəl də demişik. Bu, virusdur. Biz bu virusu məhv etməliyik. Bu yaxınlarda yeni adları açıqlayacağıq. Təəssüf ki, onların arasında məşhur adlar da var. Bu insanların bəziləri digər idman növlərində çalışan şəxslərdir.. Lakin biz indi ad çəkə bilmirik.  

Mediaya da müraciət edirəm ki, şübhələndiyi şəxslər barədə bizə məlumat versin. Biz həmin insanları araşdıraq və onların danışılmış oyunlarda əlinin olub-olmadığını sübuta yetirək”.