"Namizədin əmlak və gəlirlərinin açıqlanması Seçki Məcəlləsinin tələbidir." 

Unikal.org-un məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib:

“MSK çalışır ki, düzəlməsi mümkün olan məsələlərlə bağlı iddiaçının xeyrinə məsələni həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.

Məzahir Pənahov deyib ki, MSK-ya daxil olan bütün məsələlər araşıdırılır: "Əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir. MSK həmişə çatışmazlıqları aradan qalıdrmaq üçün bütün addımları atacaq.

Heç bir komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir”.