Bakıda xəstəxanaya yerləşdirilən kişinin hansı şəraitdə bıçaqlandığı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, xəsarət alan 67 yaşlı Hikmət Babayev Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən zoomarketin sahibidir.

Məlumata görə, marketə basqın edən naməlum şəxslər H.Babayevə bıçaqla xəsarət yetirərək oradan 14 min manat pul götürüblər və ərazidən uzaqlaşıblar.

Hadisəni törədən şəxslər axtarılır.