Aparıcı İradə İsak ana olmağa hazırlaşır.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, aparıcı qarnı böyümüş halda fotosunu özü yayımlayıb.

İzləyiciləri bu münasibətlə İradəni təbrik edib, ona "Sağ-salamat azad olasan, Allah qorusun" kimi şərhlər yazıblar. O isə hamilə olması ilə bağlı suallara "bəyənmə" işarəsi qoyub və hər kəsə təşəkkür edib.

Qeyd edək ki, o, 2016-cı il sentyabrın 1-də jurnalist Yaşar İsakovla ailə qurub.