Qadın voleybolçuların Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə davam edir.

Unikal.org xəbər verir ki, Bu gün qrup mərhələsinə yekun vurulacaq. Azərbaycan millisi sonuncu matçını Polşa kollektivinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Voleybolçularımız ilk iki görüşlərindən məğlub ayrıldıqlarından, matç təsəlli xarakteri daşıyır.
Apeldorn, Hollandiya

Qrup mərhələsi

3-cü tur

23:00. Polşa - Azərbaycan

Turnir cədvəli: 1. Niderland (6), 2. Polşa (6), 3. Bolqarıstan (3), 4. Azərbaycan (0).

Qruplarında ilk iki sıranı tutan komandalar yarımfinala yüksəlirlər. Təsnifat turniri yanvarın 12-nə kimi davam edəcək. Yekunda sadəcə qalib yığma Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.