“Neftçi”nin yollarını ayırdığı Rauf Əliyevin yeni klubu müəyyənləşib.

Unikal.org xəbər verir ki, 30 yaşlı hücum karyerasını “Səbail”də davam etdirəcək. Bu barədə paytaxt klubunun rəsmi "Feysbuk" səhifəsi məlumatı yayıb. Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi" bir neçə gün əvvəl R.Əliyevlə bu mövsümün sonu başa çatacaq müqaviləni birtərəfli şəkildə ləğv etmişdi.