Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir. 

Unikal.org xəbər verir ki, turun mərkəzi qarşılaşmasında lider “Liverpul” və “Tottenhem” klubları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun Yurgen Kloppun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Roberto Firmino vurub. Bununla da “Liverpul” ardıcıl qələbələrinin sayını 12-yə çatdırıb.

Qeyd edək ki, hazırda 61 xalı olan “Liverpul” turnir cədvəlində birinci yerdədir.