Salyanda iki nəfər bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, iki kişi bıçaq xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar dərhal əməliyyat otağına götürülüb.

İlkin ehtimala görə, həmin şəxslər bir-birini bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.