Çinin Xubey vilayətində təlim təyyarəsinin uçuş zamanı qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Unikal.org xəbər verir ki, aviasiya məktəblərindən birinə məxsus təyyarədə bir təlimatçı və iki təlimçi pilot olub. Yanvarın 13-də günorta saatlarında növbəti təlim uçuşu zamanı təyyarə ilə əlaqə kəsilib. Bir neçə saat sonra təyyarənin qalıqları dağlıq ərazidə tapılıb.

Təlimatçı və təlimçi pilotların meyitləri aşkarlanıb.