Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Unikal.org  report-a istinadən  xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib.

Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.