Qazaxıstanın "Astana" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Mixal Bilek çalışdıracaq.

Hazırda Qazaxıstan millisində də baş məşqçisi vəzifəsini yerinə yetirən çexiyalı mütəxəssis "Astana" klubuna da rəhbərlik edəcək. Lakin onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis "Astana"nın baş məşqçi vəzifəsində bir müddət öncə komandadan ayrılan Roman Qriqorçuku əvəzləyib.