İranın paytaxtı Tehranda hökumət əleyhinə aksiyalar davam edir.

Unikal.org xəbər verir ki, Tehran Universitetinin tələbələrinin təşkil etdiyi aksiyalarda “Boeing-737” Ukrayna təyyarəsinin səhvən vurulmasına səbəb olanların cəzalandırılması və cavabdeh şəxslərin istefası tələb olunub. Etirazlar zamanı hökumət əleyhinə şüarlar səsləndirilib.

Xatırladaq ki, yanvarın 8-də təyyarə qəzası zamanı 176 nəfər ölüb.