Amerikadan Avstraliyaya köçən 21 yaşlı model Madalyn Devis "selfie" çəkdirmək üçün dırmaşdığı Diamond Bay uçurumu həyatının sonu olub. 

Unikal.org məlumat verir ki, bir ziyafətda iştirak edən gənc model dostlarından ayrılaraq günəşin çıxmasını izləmək üçün təhlükəli bölgəyə gedib. Gənc modelin geri qayıtmaması dostlarının və ailəsinin narahatığına səbəb olub. 

Dərhal axtarış-xilasetmə işlərinə başlayan yerli polis səhəri gün gənc modelin cansız bədənini tapıb. 

Modelin "selfie" çəkdirmək üçün uçurumun kənarındakı bir hasarın üstünə çıxaraq ehtiyatsızlıq üzündən həyatını itirdiyi düşünülür.

Gülayə Mecid