Manisada dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hərəkətdə olan avtomobilin sağ qapısının açılması nəticəsində 3 yaşlı qız uşağı yola düşüb. Uşağın nəqliyyat vasitəsindən düşmə anı təhlükəsizlik kameraları ilə lentə alınıb. Arxadan gələn avtomobilin sürücüsü yıxılan uşağı görərək dayanıb. 

Xoşbəxtlikdən 3 yaşlı qız ciddi xəsarət almayıb.