Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin  Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib.

Unikal.org xəbər verir ki, 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləribalıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir. “Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə  dəstək verməyə,qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq”.