"“Binə” və “Sədərək” Ticarət Mərkəzlərindəki mağazalara kassa aparatının quraşdırılması tam olaraq 2021-ci ildə başa çatdırılacaq".

Unikal.org xəbər verir ki,  bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib:

"Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlər ictimai nəzarəti gücləndirməklə prosesləri daha şəffaf edəcək. "“Binə” və “Sədərək” Ticarət Mərkəzlərindəki mağazalara kassa aparatının quraşdırılması  dörd mərhələdən ibarətdir. Artıq  bu prosesin 3 mərhələsi başa çatıb, dördüncü həyata keçirilir".