Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatır.

Unikal.org xəbər verir ki, bunu açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, sabah saat 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatacaq.