Gəncə şəhərində  narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı keçirilən əməliyyatın görüntüləri yayılıb. 

Unikal.org Report-a istinadən xəbər verir ki, görüntülərdə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun Baş Polis İdarəsinə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərməsi əks olunub. 

Hadisə nəticəsində bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb. 

Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.