Kürdəmirdə qoyun oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da və 11-də rayon ərazisindəki 2 həyətyanı sahədən ümumilikdə 4 baş qoyun və 1 baş keçi oğurlamaqda şübhəli bilinən Mollakənd kənd sakinləri, əvvəllər məhkum olunmuş İ.Heydərov və E.Qənbərli saxlanılıblar.