Kanadalı müğənni Selin Dionun anası Tereza Dion yanvarın 16-da ağır xəstəlikdən dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, həmin gün müğənni Mayamidə konsert verib.

Səhnəyə çıxan ifaçı tamaşaçılarına səslənərək deyib:

“Çoxunuz bilirsiniz ki, bu gün səhər anam dünyasını dəyişib. Amma mən və ailəm yaxşıyıq. Anam özü də istəyirdi ki, mən bu gün sizinlə birlikdə olum. Onunla bir neçə gün əvvəl vidalaşmışdım. Bu konserti ona həsr edirəm”.

Qeyd edək ki, yanvar ayında Selin Dionun qardaşı Daniel və müğənninin əri, prodüser Rene Ancelil də vəfat edib.