Azərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 44 yaşında vəfat edib.

Unikal.org report-a istinadən xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, Aynur Mirhəsən qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Son günlər isə səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb.

Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Medifaorum”, “Ann.az” saytlarında işləyib. “Mediaforum” saytında layihə rəhbəri olub. Son illərdə Türkiyədə yaşayırdı.

Allah rəhmət eləsin!