Sumqayıt şəhər Məhkəməsinin sabiq sədri Zeyqəm Hüseynov deputatlığa namizəddir.

Unikal.org xəbər verir ki, Z. Hüseynov parlament seçkilərinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən qatılıb. Zeyqəm Hüseynov Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olub. Zeyqəm Hüseynov 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1976-1987-ci illərdə Zəngilan rayon məhkəməsinin, 1987-1990-cı illərdə Füzuli rayon məhkəməsinin sədri işləyib. 1990-2000-ci illərdə Xaçmaz rayon məhkəməsinin sədri, 2000-2007-ci illərdə Ali məhkəmənin hakimi, 2007-2019-cu illərdə Sumqayıt şəhər məhkəməsinin sədri işləyib.

Zeyqəm Hüseynov işlədiyi bütün yerlərdə qazandığı təmiz adı qoruyub saxlamağı həmişə özünün həyat amalı hesab edib. Dövlətə və dövlətçiliyə olduqca sədaqətlidir. Ədalətli hakimdir. Hakim kimi qəbul etdiyi qərarlar özü kimi obyektiv və ədalətli olur. Bu elə bir tituldur ki, onu ancaq ətraf sənə bağışlayır, özü də səndən xəbərsiz, səndən soruşmadan.

Z. Hüseynov Xaçmaz rayon Məhkəməsinin sədri işlədiyi dövrdə ictimaiyyətin hörmətini qazanıb və xaçmazlıların sevimlisinə çevrilib. Hər bir rayon sakini onun bu fəaliyyətini təqdir edib, bu sevgi də onun Xaçmaz rayonunun "fəxri vətəndaşı" edib.

Məhz xaçmazlıların istəyi ilə deputatlığa namizədliyini verib.