Dünyanın ən populyar messencerlərindən biri “WhatsApp”ın növbəti dəfə çökməsi barədə xəbərlər yayılıb. Belə ki, messencerin azərbaycanlı və dünyadakı istifadəçiləri “Whatsapp” üzərindən səs, şəkil, video göndərməkdə çətinlik çəkirlər.

Unikal.org xəbər verir ki, istifadəçilər bununla bağlı digər sosial media hesablarında “Whatsapp çökdü” paylaşımını ediblər.

Hələlik Whatsapp səlahiyyətlərinin məsələyə dair açıqlaması yoxdur.