Rusiyada restoranların birində yanğın olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Samara şəhərində baş verib. Restoranda çalışanlar və müştərilər təxliyə olunub. Ətraf ərazidə yaşayan insanlara evlərinin pəncərəsini açmamaları tapşırılıb. 

30 yanğınsöndürənin hadisə yerinə gəldiyi yanğın söndürülsə də, restoran istifadəyə yararsız hala düşüb.