Ankarada qəribə hal yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mehmet Akyar burun əməliyyatı üçün xəstəxanaya getdikdə ürəyində dəlik olduğu ortaya çıxıb. Onun ürəyində bu problemin doğuşdan olduğu məlum olub. Açıq ürək əməliyyatından çəkinən xəstə qapalı şəkildə əməliyyat edilib.

Əməliyyat nəticəsində ürəyindəki problem aradan qaldırılan 21 yaşlı gənc heç vaxt bu barədə narahatçılıq hiss etmədiyini bildirib. O, hər cümə günü futbol oynamasına baxmayaraq özünü çox yaxşı hiss etdiyini qeyd edib.