Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədovun təbliğat kampaniyası çərçivəsində rayonda seçicilərlə görüşlərini davam etdirir. 

Əlverişsiz hava şəraitinə, yolların qar və buz olmasına baxmayaraq, İqbal Məmmədov kəndlərdə görüşlər keçirərək, öz seçki platforması barədə seçicilərinə məlumat verir. 

Sabah 1990-cı ilin yanvarında sovet-rus qoşunları tərəfindən Azərbaycanda törədilən qətliamın - 20 Yanvar soyqrımının 30-cu ildönümü plmasını nəzərə alaraq, İqbal Məmmədov rayonun Blaband, Ambu, Osnağakücə, Şinəband və Cəngəmiran kəndlərində yaşayan bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, bununla bağlı İqbal Məmmədov öz "Facebook" səhifəsindən pasylaşdığı yazıda bildirib:

"Bu Vətən, canı ilə, qanı ilə onun yolunda fədakarlıq edənləri əsla unutmayacaq. Üstündən on illlər, yüz illər keçsə belə 20 Yanvar tarixi bizim üçün şərəfli qan yaddaşımız olaraq qalacaqdır. 

Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, bu yolda döyüşmüş, əlil olmuş Vətən övladlarının isə qarşısında baş əyir və öz minnətdarlığımı bildirirəm.

20 Yanvar hadisələrinin 30 illiyi ilə əlaqədar rayonumuzun Blaband, Ambu, Osnağakücə, Şinəband və Cəngəmiran kəndlərində yaşayan bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri ilə görüşumüz oldu. Müstəqillik uğrunda canından, qanından keçən şəhidlərimizə Allah rəhmət eləsin!"