Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

M.Pənahov qeyd edib ki,, hazırda bu proses davam edir.