Türkiyə Super Liqasında XXVIII tur davam edir.

Unikal.org xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Son çempion “Qalatasaray” doğma azarkeşlər önündə “Dənizlispor”u məğlub edib. Çempionatın lideri “Sivasspor” “Beşiktaş”la səfər qarşılaşmasından üç xalla ayrılıb.

“Trabzonspor” 6 cavabsız qolla “Kasımpaşa”nı darmadağın edib. “Antalyaspor”un qonağı olan “Göztəpə” də böyük hesabla qalib gəlib.

Qeyd edək ki, tura yanvarın 20-də yekun vurulacaq.