Yanvarın 19-u Hindistanda K-4 sualtı qayıqları üçün ballistik raketin uğurlu sınaqları keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə ANI informasiya agentliyi bildirib.

Məlumata əsasən, raket Andhra Pradeş ştatı sahillərində Benqal körfəzində su altından buraxılıb.

Sınaqların keçirilməsi ilə bağlı digər təfərrüatlar barədə məlumat verilməyib.