Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 3 avtomobilin toqquşması zamanı 1981-ci il təvəllüdlü Məmmədzadə Xanbaba Zakir oğlu, 1989-cu il təvəllüdlü Musayeva Aysel Şirvan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

X.Məmmədzadəyə çanağın, A.Musayevaya isə sol bel nahiyəsinin əziyi diaqnozları qoyulub.