"Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən növbədənkənar parlament seçkilərində 123 nəfərin namizədliyi irəli sürülüb və onların hamısı qeydiyyata alınıb. YAP-ın namizədləri yanvarın 17-dən təbliğat-təşviqat kampaniyasına başlayıb".

Unikal.org-un xəbərinə görə, bunu YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.

"Bu kampaniyada hər bir namizəd iştirak edir. Hər bir namizəd üçün şərait yaradılıb, qapalı və açıq yerlər müəyyənləşdirilib. Biz əsas üstünlük veririk ki, vətəndaşların yaşadığı ərazilərdə, məhlələrdə, küçələrdə görüşlər keçirilsin, Prezidentimizin apardığı siyasət birbaşa insanlara çatdırılsın. Bu cəhətdən YAP-ın namizədlərinin üstünlüyü var. Bu seçkiləri də uğurla başa çatdıracağımızı düşünürük".