İzmirdə 10 gün əvvəl itkin düşən qız polis idarəsinin qarşısında tapılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, evdən qaçan Sinem T.-nin davamiyyətsizlikdən məktəbdən çıxarıldığı məlum olub. 15 yaşlı qız evdən qaçdıqdan sonra Dənizli şəhərində yaşayan sevgilisinin evində qaldığını etiraf edib.

Yeniyetmə qızın atası isə həmin şəxsin qızını aldatdığını iddia edib.