Braziliyada yol kənarına eniş etmək istəyən vertolyotun pərləri yük maşınına çırpılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vertolyotun pərləri parçalanıb. Əməliyyata gedən polisləri daşıyan vertolyotun içərisində 5 nəfər olub.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.