Hindistanda qəribə hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Heydərabad şəhərində meşənin yaxınlığında yerləşən evlərdən birinin zirzəmisində yatan bəbir görülüb. Ev sahibi səhər yuxudan oyandıqda bu mənzərə ilə qarşılaşıb. 

Evin zirzəmisindən götürülərək zərərsizləşdirilən bəbir zooparka aparılıb.