“Atletiko”nun zədəli futbolçusu Dieqo Koşta artıq fərdi məşqlərə başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, 31 yaşlı hücumçunun komandanın son məşqində fərdi hazırlaşdığı bildirilib. Braziliya əsilli ispaniyalı hücumçunun növbəti həftədən komandaya qoşulacağı gözlənilir.

Koşta ötən ilin noyabrında zədələnmişdi.