Bakıda keçmiş məhkumlarda narkotik vasitə aşkarlanılıb.

Unikal.org-un xəbərinə görə, hadisə Qaradağ rayon ərazisində baş verib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi və 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mehdi Məmmədovdan 283 qram heroin və onun həmyaşıdı olan Rövşən Əsgərovdan 325 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.